Modern.az

ABŞ gəmiləri Tayvan boğazına daxil oldu

ABŞ gəmiləri Tayvan boğazına daxil oldu

Aktual

28 Avqust 2022, 10:29

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmi Tayvan boğazından keçməyə başlayıb, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Vaşinqton və Pekin arasında gərginliyi artıran Taypeyə səfərindən sonra ilk dəfə belə manevrlər edilir.

 

Modern.az xəbər verir ki, manevrdə beynəlxalq sularda fəaliyyət göstərən “Antietam” və “Chancellorsville” esminesləri iştirak edir.

 

Daha əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının Hind və Sakit okean regionları üzrə koordinatoru Kurt Kempbell Tayvan ətrafındakı vəziyyətlə bağlı brifinqdə deyib ki, ABŞ beynəlxalq hüququn icazə verdiyi yerlərdə hava və dəniz məkanında fəaliyyətini davam etdirəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı