Modern.az

"Qəbələ" "Sabah"ı sınağa çəkəcək

Aktual

28 Avqust 2022, 10:59

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulacaq.

 

Modern.az-ın məlumatına görə, son oyun günündə liderlər Qəbələdə üz-üzə gələcək.

 

Şəhərin eyniadlı komandası "Sabah"ı qəbul edəcək. Hər iki kollektiv 3 oyundan sonra maksimum nəticə göstərib və 9 xal toplayıb. Tərəflər indiyədək yerli çempionatda 15 dəfə qarşılaşıblar. Bunların 7-də paytaxt təmsilçisi, 5-də bölgə klubu meydanı 3 xalla tərk edib. Topların nisbətində də qonaqların üstünlüyü var - 21:15.

 

Azərbaycan Premyer Liqası, IV tur

28 avqust (bazar)

 

20:00. “Qəbələ” – “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu

Hakim-inspektor: Gülağa Cabarov

Qəbələ şəhər stadionu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı