Modern.az

Turistləri daşıyan avtobus dərəyə aşdı - Ölən və yaralılar var

Turistləri daşıyan avtobus dərəyə aşdı - Ölən və yaralılar var

Aktual

28 Avqust 2022, 12:33

Türkiyənin Bursa vilayətində turistləri daşıyan avtobus qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, çox sayda yaralı var.

 

Qəza Kütahya-Bursa yolunda baş verib. Dərəyə aşan avtobusun içində 47 turist olub. Onlardan ikisi ölüb, 28 nəfər yaralanıb.

 

Hadisə yerinə çox sayda təcili tibbi yardım, polis və Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin briqadaları cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı