Modern.az

Vadji artıq Fransadadır - "Qarabağ"dan açıqlama

Vadji artıq Fransadadır -

Aktual

28 Avqust 2022, 12:51

“Qarabağ”ın futbolçusu İbrahima Vadji “Sent Etyen” klubu ilə danışıqlar üçün Fransaya yollanıb.

 

Modern.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Ağdam klubunun idman direktoru Əmrah Çəlikəl bildirib.

 

Onun sözlərinə görə, seneqallı forvardın keçidi yaxın günlərdə rəsmiləşəcək:

 

“Son danışıqlar gedir. Vadjinin özünün də istəyi var. Çünki ailəsi Fransada yaşayır. Biz də bunu nəzərə alıb danışıqlar üçün Fransaya yollanmasına icazə verdik. Yəqin ya sabah, ya da növbəti gün transfer rəsmiləşəcək”.

 

Klub rəsmisi futbolçunun transferi ilə bağlı maliyyə şərtlərinə də sabah aydınlıq gələcəyini bildirib.

 

Ə.Çəlikəl açıqlamasında yeni transferlərlə bağlı danışıqlar aparıldığını da qeyd edib. O, “yeni hücumçu alınacaqmı?” sualına belə cavab verib:

 

“Yeni hücumçu ilə bağlı danışıqlar davam edir. Bu məsələdə əsas fikir Qurban Qurbanova məxsusdur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı