"Qonşu ölkələrdən İrana müalicə almaq üçün gələn xəstələrin sayı artıb”.
Modern.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi deyib. Onun sözlərinə görə, İran tibbi xidmətlər üçün regional mərkəz hesab olunur.
Rəisi, həmçinin deyib ki, İranın bir çox şəhərləri səhiyyə mərkəzləri hesab edildiyi üçün tibb elmləri baxımından ölkə regionda və dünyada ideal mövqeyə malikdir.