Modern.az

Neft daşlarında quyu fontan vurdu

“Neft daşları”nda quyu fontan vurdu

Aktual

28 Avqust 2022, 16:46

Bu gün səhər saatlarında “Azneft” İB-nın “Neft Daşları” NQÇİ-nin 1541 saylı estakadayanı meydançasında istismar quyusunda aparılan təmir işləri zamanı quyu açıq fontana keçib. 

 

Modern.az xəbər verir ki, bu barədə “Azneft” məlumat yayıb.

 

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb və yanğın qeydə alınmayıb. 

 

Meydançada işlək quyuların fəaliyyəti dayandırılmış, orada işləyən əməkdaşlar təhlükəsiz əraziyə uzaqlaşdırılmış və bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

 

Fontanın ram edilməsi istiqamətində, SOCAR-ın, Sənaye Təhlükəsizliyi İdarəsinin tullanışa qarşı operativ qrupunun və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən texniki və təşkilati tədbirlər davam etdirilir.

 

Hadisə ilə əlaqədar, SOCAR-ın Böhran vəziyyətləri və fövqəladə hallar üzrə komissiyası prosesi Baş ofisin Böhran Mərkəzində qaydalara uyğun olaraq idarə edir. 

 

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı