Modern.az

İranlı nazir Azərbaycana gəlir

İranlı nazir Azərbaycana gəlir

Aktual

8 Sentyabr 2022, 16:41

Bu gün İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi Azərbaycana gələcək.

 

Bu barədə Modern.az-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

 

İranlı nazir səfər çərçivəsində Azərbaycan və Rusiya rəsmiləri ilə görüşlər keçirəcək.

 

Sabah Bakıda Azərbaycan, Rusiya və İran rəsmilərinin iştirakı ilə Şimal-Cənub Dəhlizi haqda iclas keçiriləcək. İclasda bu dəhliz çərçivəsində, əsasən Rəşt-Astara dəmiryolunun tikilməsi, onun tikintisinin sürətləndirilməsi haqda üç ölkənin əməkdaşlıqları müzakirə olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı