Modern.az

İnterpol Sarkisyanın kürəkəninin axtarışını dayandırdı

İnterpol Sarkisyanın kürəkəninin axtarışını dayandırdı

Aktual

8 Sentyabr 2022, 17:20

İnterpol Ermənistanın Vatikandakı keçmiş səfiri, üçüncü prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın axtarışlarını dayandırıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

 

Qeyd edək ki, 2020-ci il martın 17-də cinayət işi çərçivəsində Mikael Minasyan vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz varlanma, çirkli pulların yuyulması və gəlir bəyannaməsində yalan məlumat vermə maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. 2020-ci il martın 23-də onun barəsində axtarış elan edilib, beynəlxalq axtarışa verilməsi üçün ittihamı ilə bağlı müvafiq sənədlər və əsaslar İnterpola təqdim olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı