Modern.az

Əvəz Zeynallının ittiham olunduğu maddə AÇIQLANDI

Əvəz Zeynallının ittiham olunduğu maddə AÇIQLANDI

Aktual

10 Sentyabr 2022, 23:34

“Xural TV”nin rəhbəri Əvəz Zeynallı təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

 

Modern.az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc bildirib.

 

Vəkilin sözlərinə görə, jurnalist Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Qeyd edək ki, bir neçə gün öncə "Haqqın.az" saytının baş redaktoru, Əməkdar jurnalist Eynulla Fətullayev jurnalist Əvəz Zeynallı haqda ifşaedici məlumat yayıb. O, Ə.Zeynallının hazırda həbsdə olan "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovu şantaj edərək, onun ailəsindən 20 min manat pul aldığını bildirib. Məlumat ictimailəşəndən sonra Ə.Zeynallı həmin vəsaiti geri qaytarıb. 

 

Bu gün Ə.Zeynallının ofisində axtarış aparılıb. Baş Prokurorluqdan bildirilib ki, “Xural TV”nin rəhbəri, jurnalist Əvəz Zeynallı barəsində cinayət işi açılıb. Hazırda istintaq hərəkətləri həyata keçirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı