Modern.az

Gimnastlarımız dünya çempionatına yollandılar

Gimnastlarımız dünya çempionatına yollandılar

Aktual

11 Sentyabr 2022, 13:45

Bədii gimnastika üzrə Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək dünya çempionatına yollanıb.

 

Modern.az xəbər verir ki, sentyabrın 14-də start götürəcək yarış beş gün davam edəcək.

 

Yığmanın heyətində fərdi yarışlarda Zöhrə Ağamirova, İlona Zeynalova və Alina Gözəlova çıxış edəcək.

 

Qrup hərəkətləri komandasında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina yer alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı