Modern.az

“Fənərbaxça”nın bu oyunu Əziz Yıldırımın 100-cü sınağı olacaq

“Fənərbaxça”nın bu oyunu Əziz Yıldırımın 100-cü sınağı olacaq

Aktual

9 Aprel 2013, 17:53

Modern.az xəbər verir ki, UEFA Avropa Liqası çərçivəsində 11 apreldə baş tutacaq “Latsio” (İtaliya) - “Fənərbaxça” (Türkiyə) qarşılaşması Əziz Yıldırımın rəhbərliyi altında 100-cü Avropa sınağı olacaq.

İstanbulda baş tutan ilk oyunda “Fənərbaxça” 2:0 hesablı qələbə qazanmışdı.

15 ildir “Fənər”in sükanı arxasında olan prezident Əzizi Yıldırım Avropa kuboklarına çıxdığı 99 matçın 38-ni qazanıb, 24 oyun bərabərə qaldığı halda 37 maçda məğlub olub.  

“Fənər” ən böyük uğurlarını Əzizi Yıldırımın rəhbərliyi altında əldə edib. Klub 2007-2008-cu illər mövsümündə Çempionlar Liqasında 14 final mərhələsinə, bu mövsüm isə tarixində ilk dəfə olaraq Avroliqanın ¼ final mərhələsinə adlayıb.  

Abbas Quliyev
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı