Modern.az

Nərgiz Paşayeva: “Bizim onu itirmək haqqımız yoxdur...”

Nərgiz Paşayeva: “Bizim onu itirmək haqqımız yoxdur...”

Aktual

10 Aprel 2013, 15:19


Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva “RİA NOVOSTİ”yə müsahibə verib. Modern.az saytının məlumatına görə, N.Paşayeva Rusiyanın aparıcı ali təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlıqdan danışaraq gələcək perspektiv barədə fikirlərini açıqlayıb. Eyni zamanda universitetin fəaliyyyət istiqamətlərini və məqsədini şərh edib.

N.Paşayeva MQU-nun Bakı filialının humanitar sahədə Rusiya -Azərbaycan münasibətlərinin inkişafına göstərdiyi təsiri xüsusilə vurğulayıb:
“Bu layihəni iki ölkə başçısı – İlham Əliyev və Vladimir Putin müzakirə edib. Şübhəsiz ki, istənilən humanitar əlaqə yalnız fərdlər arasında deyil, ölkələr və xalqlar arasındakı əlaqələri stimullaşdırır. Humanitar müstəvi vətəndaş cəmiyyəti üçün arenaya çevrilir.”   Tarixi Rusiya-Azərbaycan münasibətlərindən danışan rektor rus dilinin Azərbaycan cəmiyyəti üçün önəmindən də bəhs edib. O, MQU-nun Bakı filialının Azərbaycanda  rus dili ənənələrinin qoruyucusu qənaətində olduğunuu bildirib və fikrini belə izah edib:

”Rus dili Azərbaycanda daha geniş yayılıb, nəinki ingilis dili. İngilis dili ya diplomatik, ya da  hər hansı xüsusi fəaliyyət sahələrini əhatə edir. Buna görə də hazırda ingilis dilinin Azərbaycanda nə zaman  kütləvilik qazanacağını praqnozlaşdırmaq çətindir. Bunun üçün nə iki, nə də 50 il, bəlkə də daha çox vaxt lazım gələcək. Bir filoloq kimi deyə bilərəm ki, dili bilmək azdır, onu hiss etmək lazımdır. Rus dilinin bizə qazandırdığı biliyi nəzərə alsaq, bizim onu itirmək haqqımız yoxdur. Bu addım mədəniyyət, təhsil və inkişaf sahəsində sözün hərfi mənasında tarxi səhv olardı.”    

Elçin AĞAYEV
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı