Modern.az

3 aydır ki, rəhmətlik Elçibəyin evinə qaz gəlmir

3 aydır ki, rəhmətlik Elçibəyin evinə qaz gəlmir

Aktual

10 Aprel 2013, 15:28


“Artıq 3 aydır ki, rəhmətlik Elçibəyin evinə qaz gəlmir. Bu barədə Modern.az-a mərhum prezidentin qaynı Mirmövsüm Mahmudov bildirib. Onun sözlərinə görə, 2600 manatlıq kommunal xidmətdən istifadəyə görə borcu olan ailə yalnız onun bir hissəsini ödəyə bilib.

“Sağ olsunlar əvvəllər qaza borcları olsa da, kəsmirdilər. Sadəcə olaraq indi smart-kartdan istifadə edirlər. 3 ay olar ki, smart-kartın müddəti bitib. Bacım və oğlu da o müddətdən bəri həmin evdə qalmırlar. Həlimə xanım Türkiyədən qayıdandan sonra yerdə qalan 1600 manat borcdan gərək bir hissəsini ödəsin ki, kartı almaq mümkün olsun. Yəqin ki, gələndən sonra smart-kartı almaq üçün müraciət edəcək. Sadəcə olaraq növbəti dəfə pulun verilməsini gözləyirik. Borcların silinməsi ilə bağlı heç kimə, heç yerə müraciət etməmişik”, – deyə ailənin yaxın qohumu bildirib.

Qeyd edək ki, eks-prezidetlər haqqındakı qanuna görə, dövlət Elçibəy ailəsinə 3750 manat aylıq müavinət kəsib.

Şahanə Rəhimli  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı