“Bütün maraqlı tərəflərin razılığına uyğun həllin tapılması üçün mürəkkəb məsələlərin dialoq və kommunikasiya çərçivəsində həlli vacibdir”. Modern.az xəbər verir ki, bu barədə Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Ermənistanda keçirdiyi mətbuat konfransında deyib.
“Çexiya və Slovakiyanın dinc şəraitdə ayrılması təcrübəsi Qarabağ konfliktinə də tətbiq edilə bilərmi?” sualına nazir “öz bacarıqlarını başqa ölkələrə təklif etmək olmaz”, – deyə qeyd edib. O bildirib ki, hər bir ölkənin və xalqın öz maraqları və qərarları var.
“Əlbəttə, Çexiya-Slovakiya hadisəsi unikaldır. Buna görə də biz dostuq və dost olaraq da qalırıq. Bizim bir-birimizdən ayrıldığını desək də Avropa İttifaqı və NATO-da görüşürük. Biz bir-birimizin maraqları və görüşləri üçün etdiklərimiz Avropaya inteqrasiya yolunda irəliləmək üçün edilib. Mənə həmişə bizim təcrübə haqqında sual verəndə təmkin ilə reaksiya verirəm. Hər bir hadisə xüsusidir və hər bir hadisənin öz tarixi və maraqları var”, – deyə Miroslav Layçak əlavə edib.
Bununla bərabər, Slovakiyanın xarici işlər naziri Miroslav Lajçak Ermənistana səfəri zamanı qondarma erməni soyqırımı abidəsini ziyarət edib. Modern.az erməni KİV-nə istinadən bildirir ki, “soyqırım qurbanlarının” xatirəsini yad etməklə abidəyə əkili də qoyub. Bundan başqa nazir “erməni soyqırımı” muzey-institutunu da gəzib.
Xatırladaq ki, Slovakiyanın xarici işlər naziri Miroslav Lajçak Ermənistana səfəri zamanı Serj Sarkisyanıla görüşü də nəzərdə tutulur. Slovakiyalı nazir Ermənistanda keçirilən “Avropa Birliyinin Cənubi Qafqaz siyasəti” konfransında iştirak etmək üçün bu ölkədə səfərdədir.
Aytən
Aqşin