Modern.az

Heydər Əliyev haqda film yubileyə hazır olmayacaq

Heydər Əliyev haqda film yubileyə hazır olmayacaq

Aktual

10 Aprel 2013, 15:58

 

Azərbaycanın eks-prezidenti Heydər Əliyevin 90 illik yubileyi yaxınlaşır. Qeyd edək ki, bir müddət öncə mərhum eks-prezident haqqında film çəkilirdi. Ssenarisi millət vəkili Elmira Axundovanın "Heydər Əliyev" və "Şəxsiyyət və epoxa" kitabları əsasında yazılan filmin quruluşçu rejissoru Ramiz Fətəliyev idi.

   Üç hissədən ibarət olacaq filmin Heydər Əliyevin anadan olmasından 1969-cu ilə qədər olan həyatını əhatə edən birinci hissəsinin çəkilişləri 2013-cü ilin may ayında (Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində) başa çatacağı qeyd edilirdi.   "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov Modern.az-a açıqlamasında bildirib ki, hazırda film konservasiya şəklindədir və çəkilişlər müvəqqəti dayandırılıb. “Bu yaradıcılıq məsələləri ilə bağlıdır. Ciddi bir şey yoxdur. Filmin yenidən nə vaxt çəkiləcəyi bəlli deyil. Amma gələcəkdə çəkilişlərin davam etdirilməsi nəzərdə tutulub”.

 

 

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı