Modern.az

Tahir Kərimli prezidentə məktub yazdı

Tahir Kərimli prezidentə məktub yazdı

Aktual

11 Aprel 2013, 10:24

Vəhdət Partiyasının sədri, Ali Məhkəmənin keçmiş sədri Tahir Kərimli prezident İlham Əliyevə məktub yazıb. Modern.az xəbər verir ki, T.Kərimli ölkə başçısına məktub yazaraq onu “İlin adamı” seçilməsi münasibəti ilə təbrik edib.

“Möhtərəm Prezident!

Sizi nüfuzlu «The Business Year» jurnalı tərəfindən «İlin adamı» seçilməyiniz münasibətilə öz adımdan və partiyamızın adından səmimi qəlbdən təbrik edirəm. Həqiqətən də Azərbaycan Respublikası Sizin rəhbərliyiniz altında dinamik şəkildə inkişaf etmiş, ÜDM-in həcmi 70 milyard dollara çatmışdır. Digər sahələrdə də ciddi uğurlar qazanılmışdır. İnanırıq ki, bundan sonra da Sizin rəhbərliyinizlə dövlətimiz inkişaf edəcək, problemlərimizin həlli istiqamətində böyük irəliləyişlər baş verəcəkdir”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı