Modern.az

Elmar Məmmədyarov İran təxribatlarına inanmır

Elmar Məmmədyarov İran təxribatlarına inanmır

Aktual

11 Aprel 2013, 13:42


Xarici işlər naziri Elmar Məmmədyarov bu gün jurnalistlərə açıqlamasında son zamanlar İranın Azərbaycana qarşı bəzi təxribatlarına münasibət bildirib.

Modern.az xəbər verir ki, nazir qeyd edib ki, İran parlamentarilərinin bu cür fikirlər səsləndirməsi iki ölkə arasında xoşagəlməz halların yaranmasına səbəb olur. “Bu cür xoşagəlməz halların ağır nəticə verə biləcəyinə inanmıram”-deyə nazir vurğulayıb.

Xatırladaq ki, son bir neçə gündə İran İslam Şura Məclisinin deputatları Türkmənçay müqaviləsinə yenidən baxılmasını tələb edərək Azərbaycan torpaqlarının öz ölkələrinə birləşdirilməsini dilə gətirib.

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...