Modern.az

Elmar Vəliyev Avropanın “Gənclər Paytaxtı”ndan danışdı

Elmar Vəliyev Avropanın “Gənclər Paytaxtı”ndan danışdı

Aktual

11 Aprel 2013, 15:34


Gəncə şəhəri Avropanın “Gənclər Paytaxtı” müsabiqəsinin ilk mərhələsini uğurla keçərək 12 ölkə arasından seçilən 5 şəhərdən biri olub. Gəncə şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, Gəncə şəhəri finala vəsiqə qazanıb. Bu barədə ictimaiyyət nümayəndələri və şəhər ziyalılarının iştirakı ilə keçirilən ümumşəhər toplantısında Gəncənin Avropanın “Gənclər Paytaxtı” müsabiqəsindəki iştirakı və Gəncənin tarixi ilə bağlı məsələlər müzakirə olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu müsabiqənin əhəmiyyətindən danışaraq qeyd edib ki, Gəncə başqa sahələrdə olduğu kimi beynəlxalq müsabiqələrdə də öz sözünü deməyə qadirdir.

Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, müsabiqəyə hazırlıq komissiyasının sədri Mikayıl Zeynalov çıxış edərək Gəncənin Avropanın “Gənclər Paytaxtı” olması üçün şəhərdə görülən işlərdən, həyata keçirilən beynəlxalq tədbirlərdən danışıb.

  Mikayıl Zeynalov bildirib ki, Gəncədə təşkil olunan beynəlxalq tədbirdə iştirak edən yüzlərlə gənc Azərbaycanın bu qədim şəhərini sevdiklərini söyləyib, onun sürətli inkişafına heyran olduqlarını bildirib, Gəncənin 2016-cı ildə Avropanın “Gənclər Paytaxtı” olması iddiasını dəstəklədiklərini qeyd ediblər. Şəhər stadionunun əsaslı şəkildə yenidən qurulması, Gəncə Olimpiya kəndinin təməlinin qoyulması yaxın vaxtlarda nəzərdə tutulub.

Toplantıda Gəncənin tarixi ilə bağlı məsələ də müzakirə olunmuşdur. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildiribki, xeyli vaxtdır Gəncənin tarixi ilə bağlı müzakirə və mübahisələr gedir. Əldə olunan faktlar onu sübut edir ki, Gəncənin tarixi daha qədimdir. Yəni, 2504 deyil, 4000 ildir. Ölkə başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə göstərdikləri diqqət və qayğı gəncəliləri ruhlandıraraq yaşadıqları şəhərin əsl tarixi barədə məlumat əldəetməyə sövq edib. İcra başçısı daha sonra bildirib ki,  hazırda bu istiqamətdə elmi araşdırmalara başlanılıb və dünyanın bir çox tanınmış elmi-tədqiqat institutlarına müraciət edilib. Rəsmi rəy isə mayın əvvəllərində keçiriləcək Cənubi Qafqaz forumunda elan olunacaq. İlkin mənbələrə görə Gəncənin ən qədim hissəsi Zurnabad deyilən ərazidədir. Bundan başqa bu qədim şəhərin yaşı ilə əlaqədar araşdırmalar ABŞ-ın Smitsan institutu tərəfindən də aparılıb.

“Gəncə şəhərinin 4000 illik keçmişi” layihəsinin rəhbəri, İskəndəriyyə kitabxanasının direktoru İsmayıl Seragəldin və Smitsan institutu milli muzeyinin rəhbəri Pol Teylor da Gəncənin yaşının 4000 il olduğu qənaətindədirlər.  

Gültəkin Ələsgər
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı