Modern.az

Bakıda ilk dəfə su texnologiyaları sərgisi açılıb - FOTOLAR

Bakıda ilk dəfə su texnologiyaları sərgisi açılıb - FOTOLAR

Aktual

11 Aprel 2013, 20:03

Aprelin 11-də  Azərbaycanda ilk dəfə Xəzər regionunda su texnologiyaları sahəsində əldə edilmiş nailiyyətlərin nümayiş etdirildiyi  Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgisi işə başlayıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin dəstəyi  və “İteca Caspian” şirkətinin təşkilatçılığı ilə “Baku Expo Center”də keçirilən sərginin təntənəli açılış mərasimi olub.

Açılış mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov sərgi iştirakçılarını salamlayaraq ilk dəfə su texnologiyaları sərgisinin keçirilməsinin ölkəmizin su təchizatı və kanalizasiya sektorunun inkişafı üçün əlamətdar hadisə olduğunu bildirib. Səhmdar Cəmiyyətin sədri hazırda Bakı şəhərində, Abşeron yarımadasının kənd və qəsəbələrində, həmçinin 38 şəhər və rayon mərkəzində, 350-dən çox kənddə su və kanalizasiya layihələrinin icra edildiyini diqqətə çatdırıb. Bu sahədə beynəlxalq maliyyə təşkilatları və xarici şirkətlərlə əməkdaşlıq edildiyini bildirən Qorxmaz Hüseynov layihələrin icrasında yeni texnologiyalardan istifadəyə üstünlük verildiyini  deyib. Səhmdar Cəmiyyətin sədri su texnologiyaları sahəsində belə  bir tədbirin keçirilməsini ölkəmizin su təchizatı sektorunun inkişafına fayda verəcəyini bildirib:

Bu sərgiyə istər iştirakçı, istərsə də ziyarətçi kimi  qatılanlar böyük fayda əldə edirlər. Belə tədbirlər müasir texnologiyaların mənimsənilməsi və tətbiqi, yeni tərəfdaşların əldə olunması baxımından əhəmiyyətlidir. Ümidvaram ki, 3 gün davam edəcək sərgi iştirakçı və ziyarətçilər üçün faydalı keçəcək, gələcək əməkdaşlığın bünövrəsi məhz burada qoyulacaqdır”.

“İteca Caspian” şirkətinin direktoru Edvard Stroun   su texnologiyaları sərgisinin keçirilməsinə göstərdiyi təşəbbüsə və dəstəyə görə “Azərsu” ASC-nin rəhbərliyinə  minnətdarlığını bildirib və qeyd edib ki,  ilk dəfə keçirilməsinə baxmayaraq su texnologiyaları sərgisinə maraq böyük olub.  
”Fərəhləndirici haldır ki, 23 ölkədən 80-dək şirkətin iştirak etdiyi sərgidə su sektorunun bütün sahələrini əhatə edən şirkətlər təmsil olunur”.

Sonra sərginin açılışını bildirən rəmzi lent kəsilib. Sərgi ilə tanışlıq zamanı “Azərsu” ASC sədrinin diqqətinə çatdırılıb ki, sərgiə içməli su təchizatı, tullantı suların təmizlənməsi, yağış sularının kənarlaşdırılması sistemləri, mikrotunel inşası, içməli suyun analizi üçün ölçü cihazları və tənzimləyici texnologiyalar, pompalar, nasos sistemləri, içməli su mənbələrinin mühafizəsi, inşaat texnikası və avadanlıqları, qazma qurğuları, informasiya və kommunikasiya texnologiyaları, geotermik texnologiyalar, suyun duzsuzlaşdırılması, habelə su təchizatı və kanalizasiya sahəsində mövcud olan digər ən yeni texnologiyalar təqdim olunur. Sərgidə nümayiş etdirilən məhsul və xidmətlər ziyarətçilərin böyük marağına səbəb olub. S

ərgi çərçivəsində Xəzər beynəlxalq su texnologiyaları konfransı da keçiriləcək. Aprelin 12-də “Hilton Baku” otelində keçiriləcək konfransda içməli su emalı üzrə innovativ texnologiyalar, çirkab sularının təmizlənməsi, yağış sularının kənarlaşdırılması, su mənbələrinin qiymətləndirilməsi, bataqlıqların və süni göllərin qurudulması və s. mövzularla bağlı müzakirələr aparılacaq.  Konfransda  dövlət strukturları, beynəlxalq təşkilatların nümayəndələri,  alimlər,  xarici və yerli ekspertlər, iri sənaye müəssisələrinin rəhbər və ekoloqları, qeyri-hökumət təşkilatlarının əməkdaşları - ümumilikdə 200-dən çox nümayəndə iştirak edəcək.









Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı