Modern.az

Fuad Muradov Milli Məclisdə seçiciləri qəbul edib - FOTOLAR

Fuad Muradov Milli Məclisdə seçiciləri qəbul edib - FOTOLAR

Aktual

17 Aprel 2013, 16:37

Səbail rayonu 29 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Fuad Muradov parlamentdə seçiciləri ilə görüşüb. 20 nəfər seçicini qəbul edən millət vəkili onların problemlərini dinləyib. Deputata ünvanlanan müraciətlər arasında əsasən iş, mənzil, qeydiyyat, sənədləşmə və sair problemlər üstünlük təşkil edib.

Seçicilərinin problemlərini  və təkliflərini  dinləyən deputat bir sıra məsələləri yerindəcə həll edib. Müraciət etmiş digər seçicilərdən isə aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb. Deputat F.Muradov seçicilərin ona ünvanladığı bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib.











Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı