Modern.az

Məzunlar “Gənclər Evi”ndə toplandı - FOTO

Məzunlar “Gənclər Evi”ndə toplandı - FOTO

Aktual

17 Aprel 2013, 23:23


Bu gün Bakıda ”Dünya Türk Gəncləri Birliyi” İctimai Birliyinin Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və “Azərbaycan İnkişaf Mərkəzi” İctimai Birliyi ilə birlikdə həyata keçirdiyi “Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi” Gənclik Sosial İnkişaf Proqramı olan Gənclər Evi layihəsinin ilk məzunlarının görüşü keçirildi.

Tədbirdə “Gənclər Evi"nin rəhbəri Elşad Abdullayev Gənclər Evi haqqında qısa məlumat verərək, gənclərin marağına və ehtiyacına cavab verən kurslar və təlimlər haqqında danışdı. Qeyd edildi ki, “Gənclər Evi"nin əsas məqsədi sadəcə təhsil yox, həm də gənclərin iş həyatında üzləşdikləri çətinlikləri aşmaq üçün yardım etməkdir. Bu səbəbdən də, tədrisini başa vuraraq sertifikatını alıb gedən məzunları bir araya gətirmək, onlara iş tapmaq məsələsində yardımcı ola bilən iş adamlarını dəvət etmək qərarına gəlinib.

Tədbirdə iş dünyasının gənc nümayəndələrindən gələn qonaqlar öz təcrübələri haqqında danışdılar. İş adamları Klubunun üzvləri Hikmət Əliyev və Fariz Abbasov, AVİS tibbi marketlər şəbəkəsinin nümayəndəsi Əhməd Sadəddinov, Gənclərin Resurs Mərkəzi adından Əhməd Mansurov öz çıxışlarında gənclərin işlə əlaqədar problemlərinə yardımçı xarakterli məlumatlar verdilər.

Gənclər Evi nəzdində belə bir tədbirin ilk dəfə keçirildiyinə baxmayaraq tədbir sırasında  “Gənclərin həmrəyliyinə Dəstək” İctimai Birliyinin təşkilatcılığı və dəstəyi ilə “İş axtarışında nələrə diqqət edilməlidir” adlı seminar keçirildi. Birliyin sədri Cəmilə Abdullayeva gənclərin tədris və təlim prosessi ilə yanaşı təcrübə toplama məsələsinə də diqqət yetirmələri gərəktiyini vurğuladı.

Sonra söz təlimçi Murad Malikova verildi. O məzunlar gününün səmərəli keçməsi üçün belə bir seminarın təşkilinin əhəmiyyətindən danışdı və gənclərə bu seminarda CV necə yazılmalıdır, iş və işgüzarlıq nədir, iş əxlaqı necə olmalıdır və bu kimi sahələr üzrə təlim keçdi.

Seminardan sonra Gənclər Evinin Liderlik kursundan yenicə məzun olmuş gənclərə sertifikatların təqdimatı keçirlidi.

Sonra gənclərin söhbətləri və təqdimatları ilə proqram davam etdi.

Sonda Gənclər Evinin kollektivi ilə məzunların və qonaqların xatirə şəkli çəkildi.

Qeyd edək ki, Gənclər Evi layihəsi Gənclər və İdman Nazirliyinin maliyə dəstəyi ilə həyata keçirilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı