Modern.az

Putin G20-də iştirak etsə... - Zelenski şərt qoydu

Putin G20-də iştirak etsə... - Zelenski şərt qoydu

Aktual

3 Noyabr 2022, 21:24

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya dövlət başçısı Vladimir Putin G20 sammitində iştirak etsə, o, tədbirə qatılmayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski Yunanıstan Prezidenti ilə görüşdən sonra keçirilən mətbuat konfransında danışıb.

 

Zelenski bildirib ki, İndoneziya prezidenti Coko Vidodo onu noyabrın 15-16-da keçiriləcək sammitə dəvət edib.

 

"Şəxsi mövqeyim və Ukraynanın mövqeyi ondan ibarət idi ki, Rusiya Federasiyasının lideri iştirak etsə, Ukrayna iştirak etməyəcək. Gələcəkdə bunun necə olacağını görəcəyik", - deyə Ukrayna prezidenti bildirib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...