Modern.az

İsveç və Finlandiya öhdəlikləri yerinə yetirməyib - Çavuşoğlu 

İsveç və Finlandiya öhdəlikləri yerinə yetirməyib - Çavuşoğlu 

Aktual

3 Noyabr 2022, 22:29

Biz İsveç və Finlandiyanın NATO-ya daxil olmaq üçün əldə edilmiş razılaşmaların şərtlərini yerinə yetirdiyinə inanmırıq.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 

XİN başçısı qeyd edib ki, Türkiyə hər zaman NATO-nun genişlənməsi və güclənməsinin tərəfdarıdır. 

 

"Biz NATO-ya yeni üzvlərin qəbulu prosesini ləngitmirik. Finlandiya və İsveç embarqonu ləğv edib, qanunvericiliyə dəyişiklik edib, lakin bu, kifayət deyil", - Çavuşoğlu bildirib.

 

Stoltenberq isə qeyd edib ki, Helsinki və Stokholm Türkiyə tərəfinin Şimali Atlantika Alyansına qoşulmaq tələblərini yerinə yetirib, buna görə də onları NATO-ya qəbul etməyin vaxtı çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı