Modern.az

Rəisi İranda sabitliyi pozanların məğlub olduğunu bəyan etdi

Rəisi İranda sabitliyi pozanların məğlub olduğunu bəyan etdi

Aktual

10 Noyabr 2022, 14:10

İran prezidenti İbrahim Rəisi cümə axşamı bildirib ki, bəzi düşmən dövlətlər sanksiyalar siyasətində məğlub olandan sonra bu ölkədəki vəziyyəti birbaşa pozmağa başlayıblar, lakin istədiklərinə çatmayıblar.
 

“Onlar sanksiya tətbiqində məğlubiyyətlə üzləşəndə ​​İranda sabitliyi pozmağa başladılar, lakin onların bu siyasəti uğursuzluğa düçar oldu”.


Modern.az-ın məlumatına görə, Rəisinin sözlərini “Tasnim” agentliyi yayıb.


İranda gənc qadın Məhsa Əmininin polis tərəfindən saxlanılandan sonra ölməsinə etiraz olaraq ay yarımdır ki, iğtişaşlar davam edir. Etirazlar əsasən Gilan, Xuzistan, Sistan, Bəlucistan, Tehran və Kürdüstan əyalətlərində baş verir. Tehran rəsmiləri Qərb ölkələrini öz KİV-lərində təxribatçı, anti-İran xarakterli mesajlar yaymaqla yanaşı, İranda hakimiyyəti devirməyə çağıran etirazçıları dəstəkləməkdə ittiham edir. İğtişaşçılarla təhlükəsizlik qüvvələri arasında qanlı toqquşmalar davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?