Nikolayev-Krivoy Roq istiqamətində dislokasiya olunan rus qoşunları Dnepr çayının sol sahilinə keçməyə başlayıb.
Modern.az xəbər verir, Rusiya Müdafiə Nazirliyinin yaydığı press-relizdə belə deyilir.
"Nikolayev-Krivoy Roq istiqamətində Rusiya qoşun qruplaşmasının bölmələri Dnepr çayının sol sahilində hazırlanmış mövqelərə manevr edirlər", - məlumatda deyilir.
Əməliyyatın təsdiq edilmiş plana uyğun olaraq həyata keçirildiyi vurğulanır.
Noyabrın 9-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu qoşunların Xersondan Dnepr çayının sol sahilinə çıxarılması barədə göstəriş verib.
Müdafiə Nazirliyi həmçinin bildirir ki, Rusiya qırıcıları Nikolayev vilayətinin Malomikaylovskoye kəndi yaxınlığında Ukraynaya məxsus Su-25 təyyarəsini və Zaporojye vilayətinin Rizdvyanka şəhərində Mi-8 helikopterini məhv edib.
Bundan əlavə, Rusiya hava hücumundan müdafiə sistemləri Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərində 9 pilotsuz uçuş aparatını məhv edib.