Modern.az

Rusiyanın itkiləri Ukraynadan 10 qat artıqdır - Zelenski

Rusiyanın itkiləri Ukraynadan 10 qat artıqdır - Zelenski

Aktual

10 Noyabr 2022, 16:12

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müharibə itkiləri barədə danışıb.

 

Modern.az xəbər verir ki, Zelenski bu mövzuya “CNN” telekanalına verdiyi müsahibə zamanı toxunub.

 

Onun sözlərinə görə, Rusiya genişmiqyaslı müharibə başlayandan bəri həm şəxsi heyət, həm də artilleriya baxımından böyük itkilərə məruz qalıb.

 

“Dəqiq rəqəm deyə bilmərəm, amma tərəflər arasındakı fərq çox böyükdür. Rusiyanın itkiləri Ukraynadan 10 qat artıqdır”, - deyə Ukrayna prezidenti söyləyib.

 

Qeyd edək ki, Rusiya bu ilin fevral ayının 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

 

Coşqun

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?