Modern.az

Dərslikləri universitet müəllimləri hazırlamamalıdır - Deputatdan etiraz

Dərslikləri universitet müəllimləri hazırlamamalıdır - Deputatdan etiraz

Aktual

10 Noyabr 2022, 16:58

Təhsil dövlətin əsas prioritet sahələrindən biridir. Ali məktəblərimizin reytinq cədvəlində yer alması təhsilin keyfiyyəti ilə əlaqədardır. Təhsilin keyfiyyətini artırmaq üçün orta məktəblərdən başlamalyıq.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva “Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər” mövzusunda keçirilən dəyirmi masada deyib.

 

O bildirib ki, orta məktəblərlə universitetlər arasında əlaqələr yaradılmalıdır: “Çox istərdim ki, orta məktəb dərslikləri ali məktəb müəllimləri tərəfindən yazılmasın. Təəssüf ki, orta məktəb müəllimlərini sahədən uzaqlaşdırırlar. Uşaqların başa düşəcəyi səviyyədə yazmaq üçün orta məktəb müəlliminin rolu vacibdir.

 

Ali təhsil müəssisələrində dərslər mühazirələrdən ibarət olmamalıdır. Tələbə ilə müəllim arasında mühazirələr dialoq əsasında aparılmalıdır. Bu nöqsanlar olduğu halda, hansı reytinqdən danışa bilərik?

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?