Modern.az

Marqarita Simonyan ermənilərə qəzəbləndi: yaltaqlıq etməyin!

Marqarita Simonyan ermənilərə qəzəbləndi: yaltaqlıq etməyin!

Aktual

10 Noyabr 2022, 17:38

“Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan Ermənistan sərhəd xidmətini onun respublikaya girişinə qadağa qoyulub-qoyulmadığı ilə bağlı suala birbaşa cavab verməyə çağırıb.


Modern.az xəbər verir ki, Simonyan Ermənistan sərhəd xidmətinə xitab edərək, "Şəxsi həyatımın sirləri çoxdan ölkənin bütün sarı mətbuatında açıqlanıb. Ona görə də yaltaqlıq etməyin, düz deyin" söyləyib.


Bu gün Ermənistan Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan “Ria Novosti” agentliyinin sorğusuna cavab olaraq bildirib ki, Marqarita Simonyanın ölkəyə girişinə qadağa qoyulması barədə informasiyanı “ötürmək mümkün deyil, çünki orada şəxsi məlumatlar var".


O, “İnformasiya azadlığı haqqında” qanuna istinad edib. Deyib ki, bu qanuna əsasən, məlumat “şəxsi və ailə həyatının, o cümlədən yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və digər informasiyaların sirrini pozarsa, onu verməkdən imtina etmək olar".

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır