Modern.az

Universitetlərlə bağlı nazirlik yanında komissiya yaradılsın! - TƏKLİF

Universitetlərlə bağlı nazirlik yanında komissiya yaradılsın! - TƏKLİF

Aktual

10 Noyabr 2022, 17:50

"Düşünürəm ki,universitetlərimizin beynəlxalq qiymətləndirmələrdə iştirakı ilə bağlı Elm və Təhsil Nazirliyi yanında komissiya yaradılmalıdır".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov "Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər" mövzusunda keçirilən dəyirmi masada qeyd edib.

 

Deputat bu komissiyanın fəaliyyətini vacib edən meyarlara diqqət çəkib:

 

"Bu komissiyada universitetlərin beynəlxalq əməkdaşlıq şöbələrinin nümayəndələrilə müzakirələr aparılmalıdır. Bu komissiyanın fəaliyyəti qeyd edilən istiqamətdə lazımı addımların atılması üçün vacibdir. Hazırda Ermənistanla bağlı bir çox müzakirələr təşkiı edilir. Onlar bu məsələ ilə bağlı kifayət qədər işlər görürlər. Erməni diasporu təhsil mövzusuna da xüsusi diqqət edir. Biz də universitetlərimizin beynəlxalq reytinq sıralamalarında yaxşı mövqelərdə qərarlaşması üçün lazımı addımları atmalıyıq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!