Modern.az

Azad olunan ərazilərdə 1126 mina aşkarlanıb

Azad olunan ərazilərdə 1126 mina aşkarlanıb

Aktual

2 Dekabr 2022, 10:48

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumat açıqlayıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, noyabrda (01.11.2022 - 30.11.2022) Tərtər, Kəlbəcər, Ağdam, Füzuli, Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda 782 piyada əleyhinə mina, 344 tank əleyhinə mina və 1735 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

 

Bildirilib ki, 2522, 6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!