Modern.az

Nazir litvalı həmkarına sülh gündəliyi barədə məlumat verdi

Nazir litvalı həmkarına sülh gündəliyi barədə məlumat verdi

Aktual

2 Dekabr 2022, 13:52

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Lodzda keçirilən 29-cu iclası çərçivəsində Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqis ilə görüşüb.

 

XİN-dən Modern.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri və regionda cari vəziyyət müzakirə mövzusu olub.

 

Azərbaycan və Litva arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, təhsil, humanitar və s. sahələrdə faydalı əməkdaşlıq gündəliyinin mövcud olduğu qeyd edilib. Münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, siyasi dialoqun əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, Azərbaycanın Aİ ilə əlaqələri, bu çərçivədə görülən işlər müzakirə edilib.

 

Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, post-münaqişə mərhələsində işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, nəqliyyat və kommunikasiyaların açılması, o cümlədən sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə həmkarını ətraflı məlumatlandırıb.

 

Nazir Qabrielius Landsberqis Azərbaycan və Litva arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu qeyd edib, bu potensialdan istifadənin vacibliyini vurğulayıb. Bölgədə enerji təhlükəsizliyi üzrə həyata keçirilən layihələrin əhəmiyyəti diqqətə çatdırılıb. Nazir Qabrielius Landsberqis Litvanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini bildirib.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?