Modern.az

Şolts Rusiya ilə əlaqələrin bərpasını arzulayır

Şolts Rusiya ilə əlaqələrin bərpasını arzulayır

Aktual

2 Dekabr 2022, 14:30

Almaniya kansleri Olaf Şolts Rusiya ilə əlaqələrin bərpasını arzu edir.

Modern.az xəbər verir ki, Britaniyanın “The Times” qəzeti Şoltsdan sitat gətirib:

“Biz Avropada sülh və təhlükəsizliyin əsasını təşkil edən sazişlərə qayıtmalıyıq. Əgər Moskva da buna hazır olsa, dinc nizama qayıdıb onu yenidən təhlükəsiz edə bilərik”.

Şoltsun sözlərinə görə, Almaniya silahlara nəzarət və raketlərin yerləşdirilməsinə dair Kremllə dialoqa hazırdır.

Bundan əlavə, siyasətçi qeyd edib ki, onun dialoqun zəruriliyi ilə bağlı fikri NATO ölkələri arasında Rusiyanın ən iddialı rəqiblərindən fərqlənir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır