Modern.az

Ermənistanın müdafiə naziri hərbi hissələri gəzir

Ermənistanın müdafiə naziri hərbi hissələri gəzir

Aktual

2 Dekabr 2022, 17:43

Ermənistanın müdafiə naziri Suren Papikyan bir neçə gündür ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Eduard Asryanla birgə hərbi hissələri gəzir.

Modern.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatlara əsasən, Suren Papikyan hərbi hissələrdə xidmətin təşkili prosesi ilə maraqlanır, hərbçiləri maraqlandıran sualları cavablandırır.

Nazir görüşlərdə Silahlı Qüvvələrdə başlayan islahatlar prosesinin detallarını hərbçilərə təqdim edir.

S.Papikyanın baş çəkdiyi birləşmələr arasında xüsusi təyinatlı qüvvələrin xidmət etdiyi hərbi hissələr də var.

Onun hərbi hissə komandanlıqlarına xüsusi tapşırıqlar verdiyi qeyd olunur.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?