Rusiyanın Krasnoyarsk diyarının Rıbinsk rayonunda fərdi evdə yanğın baş verib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Hadisə nəticəsində ikisi uşaq olmaqla üç nəfər ölüb. Yanğının səbəbi hələlik açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.