Modern.az

26 kiloqramlıq bomba qoyulan qatar partladılıb

26 kiloqramlıq bomba qoyulan qatar partladılıb

Aktual

4 Dekabr 2022, 09:36

Taylanddan Malayziyaya yol alan yük qatarı partladılıb.

 

Modern.az xəbər verir ki, kauçuk yüklənmiş vaqona 26 kiloqramlıq bomba qoyulduğu üzə çıxıb.

 

Hadisə Taylandın Hatyay bölgəsində qeydə alınıb.

 

Hadisə zamanı qatarlar reysdən çıxıb və dəmiryolu xətti tamamilə yararsız vəziyyətə düşüb. Yük qatarının 4 nəfərlik heyətindən ölən və yaralanan olmayıb. Amma partlayış nəticəsində 2 metrlik dərin çuxurlar əmələ gəlib.

 

Faktla bağlı hər iki ölkənin hüquq-mühafizə orqanları araşdırma aparır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!