Modern.az

Gürcüstanla Azərbaycan arasında bəyannamə imzalandı

Gürcüstanla Azərbaycan arasında bəyannamə imzalandı

Aktual

4 Dekabr 2022, 13:18

Gürcüstan və Azərbaycanın Ədliyyə nazirlikləri arasında ilk dəfə baş tutan təcrübə mübadiləsi və hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədi daşıyan hüquq forumu birgə bəyannamənin hazırlanması ilə başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, Batumidə keçirilən tədbiri ədliyyə nazirinin birinci müavini yekunlaşdırıb.

 

Tamar Tkeşelaşvili forum iştirakçılarına - Gürcüstan və Azərbaycanın Ədliyyə nazirliklərinin, ədliyyə, prokurorluq, hüquqşünaslar korpusunun nümayəndələrinə səmərəli və maraqlı fəaliyyətlərinə görə təşəkkür edib və birgə bəyannamənin əhəmiyyətindən danışıb.

 

Qeyd edək ki, Gürcüstan-Azərbaycan hüquq forumu hər il keçiriləcək və bu foruma öz növbəsində Gürcüstan və Azərbaycan ev sahibliyi edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?