Modern.az

Dünyanın ən böyük silah şirkətlərinin gəliri AÇIQLANDI

Dünyanın ən böyük silah şirkətlərinin gəliri AÇIQLANDI

Aktual

5 Dekabr 2022, 08:37

Ötən il silah və hərbi texnika satışının qlobal həcmi artıb.

 

Modern.az-ın məlumatına görə, Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatları İnstitutunun (SIPRI) hesabatına əsasən, 100 ən böyük şirkətinin satışı ümumilikdə 1,9 faiz artaraq 592 milyard dollara çatıb.

 

2019-2020-ci il ilə müqayisədə 2020-2021-ci illərdə silah ticarəti daha yüksək artım nümayiş etdirsə də, bütövlükdə onun dinamikası pandemiyadan əvvəlki dövrdən aşağı olub.

 

Reytinqə əvvəlki kimi Amerika şirkətləri başçılıq edir. Yüz şirkətdən 40-ı onların payına düşür, satışın ümumi həcmi isə 299 milyard dollar təşkil edir. İlk beşlik məhz ABŞ şirkətlərinə aiddir.

 

Bundan əlavə, reytinqə Avropadan 27, Asiya və Okeaniyadan 21, Rusiyadan 6 şirkət daxildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?