Modern.az

İran şahının azərbaycanlı xanımı Fransa Senatına çağırıldı

İran şahının azərbaycanlı xanımı Fransa Senatına çağırıldı

Aktual

5 Dekabr 2022, 10:26

Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin mühacirətdəki azərbaycanlı həyat yoldaşı Fərəh Diba və onun nəvəsi şahzadə Nur Pəhləvi Fransa Senatına dəvət olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Fərəh Diba sosial şəbəkədə yazıb.

 

O bildirib ki, dəvət fransız senator Bruno Rotayodan gəlib. Senatda keçirilən görüşdə Fransa Senatının üzvləri Fərəh Diba və unun nəvəsi Nur Pəhləvi ilə İrandakı son hadisələri müzakirə ediblər. Müzakirələr zamanı İranda qadınlara qarşı zorakılıqlar pislənib.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?