Modern.az

Fəlsəfə doktoru olmaq istəyənlər üçün imtahan keçiriləcək

Fəlsəfə doktoru olmaq istəyənlər üçün imtahan keçiriləcək

Aktual

5 Dekabr 2022, 16:18

İddiaçılar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

 

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə fəlsəfə doktoru imtahanı 2022-ci il dekabrın 11-də keçiriləcək.

 

DİM-dən Modern.az-a bildirilib ki, iddiaçılar (o cümlədən dekabrın 13-də Azərbaycan dili imtahanı verəcək əcnəbilər) “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər.

 

Qeyd edək ki, iddiaçı imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

 

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı