Modern.az

Meşəbərpa tədbirləri davam edir - FOTO

Meşəbərpa tədbirləri davam edir - FOTO

Aktual

5 Dekabr 2022, 17:27

Payız əkin mövsümü çərçivəsində  ölkənin bütün regionlarını əhatə edən meşəbərpa tədbirləri bu gün Şəki, Qəbələ, Şamaxı, Şabran, Sabirabad və Masallı rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında aparılıb.

 

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov Modern.az-a bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən gün ərzində sözügedən rayonların meşə ərazilərində ümumilikdə 15 000-dən artıq müxtəlif növ ağac əkilib, 1 ton toxum səpilib.

 

Meşəbərpa tədbirləri davam edir - FOTO

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?