Modern.az

Saxlanılan şəxs Təranə Səmədovanın əri imiş

Saxlanılan şəxs Təranə Səmədovanın əri imiş

Aktual

6 Dekabr 2022, 15:10

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Bakıda vətəndaşdan hədə-qorxu ilə pul tələb edən Rasim Həsənov saxlanılıb.

 

Modern.az xəbər verir ki, saxlanılan şəxs Rasim Həsənov tanınmış prodüser Təranə Səmədovanın həyat yoldaşıdır.

 

Bu barədə "Instagram" hesabında paylaşım edən T.Səmədova bildirib ki, əri Rasim Həsənov keçmiş sevgilisi Abbas Səfərovun şikayəti əsasında həbs olunub.

 

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində instaqramda tanış olduğu şəxsi daha sonra barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən Rasim Həsənov saxlanılıb. Onun müxtəlif vaxtlarda zərərçəkəndən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında 1100 dollar aldığı müəyyən edilib. R.Həsənov barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?