Modern.az

“İnsan alverinə qarşı mübarizə haqqında” qanun dəyişdi

“İnsan alverinə qarşı mübarizə haqqında” qanun dəyişdi

Aktual

6 Dekabr 2022, 16:10

Prezident İlham Əliyev “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

 

Modern.az xəbər verir kçi, qanuna əsasən, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilir:

 

“Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi Milli Koordinator yanında ictimai əsaslarla fəaliyyət göstərən İşçi Qrup vasitəsilə həyata keçirilir. İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?