Modern.az

Vəzifəsindən sui-istifadə edən nazir SAXLANILDI

Vəzifəsindən sui-istifadə edən nazir SAXLANILDI

Aktual

6 Dekabr 2022, 20:24

Bosniya və Herseqovinanın insan haqları və qaçqınlar naziri Miloş Luçiç saxlanılıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Bosniya və Herseqovina Prokurorluğu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsinin əmri ilə saxlanılan Luçiç vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinir.

 

Məlumata görə, Luçiçin ofisində və evində axtarış aparılıb, onun törətdiyi cinayətlərlə dövlət büdcəsinə ziyan vurduğu müəyyən edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib