Modern.az

Sarısu gölünə balıq körpələri buraxılıb - FOTO

Sarısu gölünə balıq körpələri buraxılıb - FOTO

Aktual

7 Dekabr 2022, 17:12

Biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə növbəti balıq buraxılışı İmişli rayonunda  keçirilib.

 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Modern.az-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İmişli rayon İcra Hakimiyyətinin  və Azərbaycan Balıqçılar İttifaqının nümayəndələrinin iştirakı ilə İmişli rayonunda yerləşən Sarısu gölünə 200 000 ədəd çəkikimi balıq körpəsi buraxılıb.

 

Xidmət rəisi  balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxsləri qadağan olunmuş üsullarla balıq ovlamamağa, qaydalara əməl etməyə, vətəndaşları isə məsuliyyətli balıq ovlanmasının təbliğinə dəstək verməyə çağırıb.

 

Sarısu gölünə balıq körpələri buraxılıb - FOTO

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?