Modern.az

“Time” jurnalı Zelenskini “İlin adamı” seçdi - FOTO

“Time” jurnalı Zelenskini “İlin adamı” seçdi - FOTO

Aktual

7 Dekabr 2022, 17:52

ABŞ-ın nüfuzlu “Time” jurnalı Ukrayna Prezidenti Volodimir Zelenskini “İlin adamı” elan edib.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə nəşr məlumat yayıb.

 

Bildirilib ki, Zelenski Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlanğıcında bütün dünyanı öz ölkəsi ətrafında birləşdirə bilib.

 

Xatırladaq ki, Avropa İttifaqı bundan əvvəl Ukrayna xalqını Saxarov mükafatına layiq görüb. Bundan əlavə, Zelenski Ukrayna xalqının cəsarətinə görə "Oxi" cəsarət mükafatına layiq görülüb.

 

Daha əvvəl “Financial Times” nəşri də Zelenskini “İlin adamı” seçmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?