Modern.az

Şəkər xəstəliyinin ilkin ƏLAMƏTLƏRİ

Şəkər xəstəliyinin ilkin ƏLAMƏTLƏRİ

Aktual

8 Dekabr 2022, 08:14

Bəzən insanlarda şəkər xəstəliyi olur, amma onlar bundan xəbərsiz yaşayırlar. Xəstəlik ağırlaşmalarla üzə çıxanda artıq iş-işdən keçmiş olur.

 

Bəs şəkər xəstəliyinin ilkin əlamətləri hansılardır?


* yorğunlaq
* halsızlıq
* ürək yanğısı
* tez-tez sidiyə getmə
* arıqlama və ya hədsiz kökəlmə.


Bundan başqa bəzi əlamətlərdə vardır ki, şəkərli diabetin olmasını tam təsdiq edir. Bunlar aşağıdakılardır:


* çoxlu maye qəbul etmək istəyi
* gecələr sidiyə çıxma
* aşağı ətraflarda yaraların əmələ gəlməsi
* yaraların gec sağalması
* aralıq nahiyyədə qaşınma.


Əgər yuxarıda sadalanan əlamətlərdən bir neçəsi sizdə müşahidə edilərsə, mütləq endokrinoloqa müraciət etməyiniz məsləhət görülür. Çünki xəstəliyin diaqnozu nə qədər tez qoyularsa, sizin həyatınız bir o qədər az təhlükədə olar. Şəkərli diabet xəstəliyi aşkarlanan adam bəzi qaydalara əməl eləməlidir:


* orqanizmində baş verən narahatçılıqlar barədə həkimindən heç nəyi gizlətməməlidir
* şəkər xəstəliyi zamanı dieta və müalicə haqqında ətrafdakıların dediklərinə inanmamalıdır
* yanlız həkimin dediyinə əməl etməli, həkimin tapşırıqlarını yerinə yertirməlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?