Modern.az

17 gündə Qətərə gələn turistlərin sayı açıqlandı

17 gündə Qətərə gələn turistlərin sayı açıqlandı

Aktual

8 Dekabr 2022, 08:37

Dünya çempionatının ilk 17 günündə Qətərə 765 mindən çox ziyarətçi gəlib. Onların yarıdan çoxu artıq ölkəni tərk edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi turnirin təşkilatçılarının hesabatına istinadən məlumat yayıb.

 

Hesabatda dünya çempionatının oyunları üçün 3,09 milyon biletin satıldığı qeyd olunub. Məlumata görə, turnirin 52 oyununun yekununda ümumi tamaşaçı sayı 2,65 milyon nəfər olub.

 

Bu günədək mundialda 56 oyun keçirilib. Dekabrın 9-da turnirin ilk 1/4 final görüşləri baş tutacaq - hollandlar argentinalılara, xorvatlar isə braziliyalılara qarşı oynayacaq. Dekabrın 10-da İngiltərə - Fransa və Mərakeş- Portuqaliya komandalarının 1/4 final mərhələsinin oyunları keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?