Modern.az

DÇ-2022: Futbolçuları ən çox qol vuran klublar bəlli olub

DÇ-2022: Futbolçuları ən çox qol vuran klublar bəlli olub

Aktual

8 Dekabr 2022, 13:24

Qətərdə keçirilən dünya çempionatının qrup və 1/8 final mərhələlərində futbolçuları ən çox qol vuran klubların siyahısı müəyyənləşib.

 

Modern.az-ın məlumatına görə, Fransanın PSJ klubunun oyunçuları DÇ-2022-də daha çox fərqləniblər.

 

Paris təmsilçisinin üzvləri 10 dəfə rəqib qapılarına yol tapıblar. Kilian Mbappe 5 qolla hazırda mundialın bombardirləri yarışına başçılıq edirsə, Lionel Messi 3, Neymar və Karlos Soler isə 1 topla yadda qalıb.

 

Siyahıda ikinci yeri futbolçuları 8 qola imza atan İspaniya “Barselona”sı tutur. İngiltərə təmsilçiləri “Çelsi”, “Mançester Siti” və “Mançester Yunayted”in oyunçuları 6, bu ölkənin digər klubu “Tottenhem”, həmçinin İtaliya “Milan”ının üzvləri isə 5 qola seviniblər.

 

Sıralamada 8-11-ci pillələri futbolçuları 4 dəfə fərqlənən “Atletiko” (İspaniya), “Ayaks” (Niderland), “Benfika” (Portuqaliya) və “Fənərbağça” (Türkiyə) bölüşdürür.

 

Qeyd edək ki, dünya çempionatında 1/4 final mərhələsinin oyunları dekabrın 9-10-da keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?