Goranboy Olimpiya İdman Komleksində, YAŞAT Fondunun dəstəyi, rayon İcra Hakimiyyəti və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə, Gəncə, Mingəçevir şəhərləri, Yevlax və Goranboy rayonlarından olan şəhid övladları üçün 05-09 dekabr 2022-ci il tarixini əhatə edən istirahət düşərgəsi təşkil olunub.
Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev düşərgədə olan şəhid övladları ilə görüşdü, onlarla səmimi söhbət etdi, onlar üçün istirahət düşərgəsində və rayonun ekskursiyası üçün yaradılan şəraitlə maraqlandı. Şəhid övladlarına hədiyyələr verildi.