Modern.az

Meksikanın yeni səfiri Bakıya gəlib

Meksikanın yeni səfiri Bakıya gəlib

Aktual

8 Dekabr 2022, 17:38

Meksikanın Azərbaycandakı yeni səfiri Viktoriya Romero Bakıya gəlib.

 

Səfirliyin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Viktoriya Romero etimadnaməsinin surətini Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Ramil Rzayevə təqdim edib.

 

Görüş zamanı tərəflər Azərbaycan ilə Meksika arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

 

Xatırladaq ki, V.Romerodan əvvəl Meksikanın ölkəmizdəki diplomatik missiyasına Rodriqo Labardini rəhbərlik edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...